MİDA bu ərazidə 2 mərtəbəli uşaq bağçası tikəcək - 2,3 milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Abşeron rayonu, Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində uşaq bağçası tikəcək.
BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri 2 milyon 390 min 218 manat (2.390.218,90 AZN) təşkil edəcək.
Yeni bağça Saray qəsəbəsində MİDA tərəfindən salınan yeni yaşayış massivinin tərkibində inşa ediləcək. Tikiləcək obyektin 2 mərtəbədən ibarət olması planlaşdırılır və burada 80 uşaq üçün müasir şərait yaradılacaq.
Yeni bağçanın inşası Abşeron rayonunda, xüsusilə də son illər sürətlə böyüyən Saray qəsəbəsində əhalinin sosial infrastruktur tələbatını ödəməyə yönələcək.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...