"Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi" mövzusunda regional konfrans keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sentyabrın 9-da Ağdaş rayonunda "Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi" mövzusunda regional konfrans keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Tədbirdə Dövlət Komitəsinin, Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı planlaşdırılır.
Konfransın məqsədi cəmiyyətdə məzhəb ayrı-seçkiliyi və məzhəbçilik zəminində radikallaşma risklərinə qarşı mübarizə yollarının müzakirəsi, Azərbaycanın tarixi birgəyaşayış ənənələrinin, sülh və harmoniya mühitinin təbliği, həmçinin milli-mənəvi həmrəyliyin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsinin aparılmasıdır.
Tədbir çərçivəsində "Azərbaycan birgəyaşayış nümunəsi kimi: tarixi ənənələr və müasir çağırışlar" və "Məzhəbçilik zəminində radikallaşma: risklər və mübarizə yolları" mövzuları üzrə panel müzakirələrin təşkili, eyni zamanda din xadimləri üçün təlimin keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...