Məzar üçün icarə haqqı? - İsveçrədə qəribə dəfn qanunu Bakıda birmənalı qarşılanmadı

Məzar üçün icarə haqqı? - İsveçrədə qəribə dəfn qanunu Bakıda birmənalı qarşılanmadı
Video
Sosial 103

Məzar yerləri maksimum 20 il müddətinə icarəyə verilir. Bu müddət başa çatdıqdan sonra icarə haqqı ödənilməzsə, məzar daşı götürülür və həmin yer başqa şəxslərə təqdim olunur. Bu qayda İsveçrədə tətbiq edilir. Bu ölkədə ölüm və dəfn ənənələri bir çox ölkələrdən fərqli olması ilə diqqət çəkir.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Dəfn olunan insana bunu etmək günahdır. Belə bir şeyin olduğuna inanmıram", - sakinlərdən biri bildirib.

"İmkanı zəif olan insanlardır, ona görə də yazıqlar qəbirləri icarəyə götürürlər. Çox şükür ki, bizdə belə deyil, məzar yerləri icarəyə verilmir", - başqa bir sakin deyib.

Bəs bu yanaşmaya dinimiz nə deyir?

İlahiyyatçı Tural İrfanın sözlərinə görə, insan vəfat etdikdən sonra torpağa dəfn olunmalı və orada qalmalıdır.

"Zəruri hal olmadıqca, həmin şəxsin torpaqdan çıxarılması günah sayılır. Qəbirlərin icarəyə verilməsi insan hüquqlarının pozulması və mərhuma qarşı ehtiramsızlıq deməkdir. Yer məhdudiyyəti kimi problemlər yarandıqda isə yerin altında sərdabələr qurmaq, mərtəbəli qəbirlər inşa etmək mümkündür. Bir çox İslam ölkələrində bu ənənə mövcuddur", - o qeyd edib.

Ekspertlər bildirirlər ki, bu model əhalinin sıx yaşadığı şəhərlərdə torpaq resurslarının daha səmərəli idarə olunması məqsədilə tətbiq olunur və İsveçrə bu yanaşmanı uzun illərdir həyata keçirir.

Son xəbərlər