Meyiti tapılan iki uşaq anası illərdir ağır xəstəlikdən əziyyət çəkirmiş
Biləsuvar rayonunda 41 yaşlı qadın meyiti tapılıb. Hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb. Xalidə Ağabəy qızı Rüstəmova yaşadığı evin həyətindəki tikilidə ölü halda aşkarlanıb.
Mərhumun qaynanası Qızqayıt Əliyeva hadisəni Baku TV-yə belə təsvir edib:
"Səhər saatlarında 16 yaşlı oğlu üçün yumurta qaynadıb yedizdirmişdi. Sonra uşaq gəlib dedi ki, anasının ayaqqabıları həyətdə yoxdur. Biz də çıxdıq ki, qonşulardan soruşaq, lakin heç kim görməmişdi. Düşündük ki, bəlkə ata evinə gedib. Əvvəllər də qaçıb gedirdi, dərmanlar qəbul edirdi".
Yaxınlarının sözlərinə görə, iki uşaq anası olan Xalidə Rüstəmovanın səhhətində uzun müddətdir ciddi problemlər müşahidə olunurdu. Mərhumun 4-5 ildir ki, Parkinson xəstəliyindən əziyyət çəkdiyi və tez-tez yaddaş pozuntuları yaşadığı bildirilir.
Mərhumun qaynatası gəlininin vəziyyətinin ağır olduğunu qeyd edib:
"İki uşağı var idi, uzun müddətdir xəstə idi. 4-5 il olardı xəstəlikdən əziyyət çəkirdi. Saxlaya bilmirdik, qaçıb gedirdi. Xəstəxanaya bəlkə gündə 2 dəfə gedirdik".
Oxşar xəbərlər
Bakı aeroportu yeni nəsil təhlükəsizlik texnologiyalarını istifadəyə verib
Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişin təhlükəsizliyinin daha da gücləndirilməsi və yoxlama prosesinin sürətləndirilməsi məqsədilə yen...