Metronun "Ulduz" stansiyasının yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq?

Metronun Ulduz stansiyasının yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq?
Video
Sosial 22

Bakının Nərimanov rayonu, Rövşən Əliyev küçəsində yol bir neçə müddətdir bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, ərazidə təmir işləri aparılsa da, nə vətəndaşların rahat hərəkəti təmin edilib, nə də proses yekunlaşır.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, metronun "Ulduz" stansiyasının yaxınlığında aparılan işlər avtomobillərin də hərəkətinə mane olur.

Həmçinin Rövşən Əliyev küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən yolun qarşısında qazılan quyu həmin yolu avtomobillər üçün tam bağlayıb.

Qeyd olunub ki, kommunal xətlərin yenilənməsi ilə əlaqədar qazıntı işləri 3 aydır davam edir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, qeydolunan ünvanda yol infrastrukturunun yenilənməsi işləri həyata keçirilir. Bu səbəblə bütün kommunikasiya xətləri, həmçinin su və tullantı su xətləri də yenilənir.

Sakinlərin sözlərinə görə, yolun bərpası işlərinə isə avqust ayından başlanılıb. Bəs sözügedən layihə nə vaxt yekunlaşacaq?

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tənzimlənməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və hazırda inşası davam etdirilir. Layihənin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər