Metronun iki stansiyasına rəis TƏYİNATI
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə iki yeni stansiya rəisləri təyin olunublar.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə QSC sədri Vüsal Aslanov əmrlər imzalayıb.
Sədrin əmrləri ilə metronun "Koroğlu" stansiyasının rəis müavini Telman Vəliyev tutduğu vəzifədən azad edilərək "Ulduz" stansiyasının rəisi vəzifəsinə təyin edilib. V.Aslanlının digər əmri ilə "Memar Əcəmi" stansiyasının rəis müavini Əyyub Həsənov tutduğu vəzifədən azad edilərək metronun "Qara Qarayev" stansiyasına rəis təyin edilib.
Hər iki şəxs kollektivə təqdim edilib və vəzifələrinin icrasına başlayıblar.
Oxşar xəbərlər
Kifayət qədər yuxu üçün neçə saat yatmaq lazımdır? – Mütəxəssislər açıqladı
Sağlam həyat tərzinin əsas şərtlərindən biri kifayət qədər yuxudur. Mütəxəssislər bildirirlər ki, yuxunun müddəti yaşdan asılı olaraq dəyişsə də, əksər böyüklər...