Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ
Metroda eskalatorların fasiləsiz işləməsi üçün həm texniki baxışların vaxtında aparılması, həm də avadanlığın yenilənməsi vacibdir.
BAKU.WS xəbər verir ki, mütəmadi texniki baxışlar eskalatorun mexaniki və elektrik sistemlərinin vəziyyətini yoxlayır, kiçik nasazlıqların böyümədən aradan qaldırılmasını təmin edir və qəza riskini azaldır.
Avadanlığın yenilənməsi isə eskalatorların daha etibarlı, sürətli və enerji səmərəli işləməsini təmin edir, həmçinin sərnişinlərin təhlükəsizliyini artırır.
Bakı metrosunda eskalatorların fəaliyyəti ilə bağlı hər hansı problemlər müşahidə olunurmu?
Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, eskalatorların işləməməsi kimi bir məsələ mövcud deyil:
"Stansiyalarda olan bütün eskalatorlar işlək vəziyyətdədir. Yeni tədris mövsümündən qrafikdə müvafiq dəyişikliklərlə yanaşı, eskalatorların fəaliyyəti daim monitrorinq ediləcək. Bu səbəbdən onların iş rejiminə bu və digər zəruri dəyişikliklər istisna olunmur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...