Metrodan istifadə edən şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR
Şəhər nəqliyyatının yenilənməsi təkcə yeni qatarların alınması demək deyil, bu həm də sərnişinlərin gündəlik rahatlığına, təhlükəsizliyinə və vaxtına birbaşa təsir göstərən keyfiyyət dəyişiklikləridir.
BAKU.WS-in məlumatına görə, yeni nəsil qatarların istismara verilməsi ilə bağlı əsas maraq doğuran məqam isə onların mövcud qatarlardan nə ilə fərqlənəcəyidir.
Enerji sərfiyyatından tutmuş vaqon sayı və səs səviyyəsinədək, kondisioner sistemindən əlilliyi olan şəxslər üçün yaradılan şəraitədək bütün texniki göstəricilər qatarların daha səssiz, qənaətcil və müasir standartlara uyğun fəaliyyət göstərməsini hədəfləyir.
Məhz bu üstünlüklər yeni qatarların şəhər nəqliyyatında hansı dəyişikliklərə səbəb olacağını müəyyənləşdirəcək.
"Bakı Metropoliteni" QSC-dən BAKU.WS-in yeni alınacaq qatarlarla bağlı bildirilib ki, müasir dövrə cavab verən qatarlarda mövcud olan funksiyaları Bakı metropoliteninə uyğun üstünlükləri texniki tələblərdə nəzərdə tutulub:
"Burada təhlükəsizlik, Bakı metropoliteni xətlərinin, o cümlədən yollarının, tunel və stansiya infrastrukturunun quruluşu və texniki xüsusiyyətləri, texniki məsələlər sırasında elektrik enerjisi sərfiyyatı və müasir tələblərə cavab verməsi, müasir tələblər səviyyəsində sərnişin rahatlığı və informasiya təminatı sistemi, əlil arabaları üçün yerlər, mikroiqlim nəzarəti sistemi və s. məsələlərin hər biri texniki tələblərdə yer alır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakı metrosunda sərnişinlərin istifadə etdiyi qatarlarla bağlı VACİB AÇIQLAMA
Bakı metrosunda sərnişinlərin gündəlik istifadə etdiyi qatarlar şəhərin nəqliyyat ritmini müəyyən edən əsas elementlərdən biridir. Zamanla köhnələn vaqonlar isə...