Metroda qısaqapanma qatarların hərəkətinə təsir etdi – Bakı Metropolitenindən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metropolitenində iyulun 29-u gecə saatlarında qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, saat 23:55 radələrində metropoliteni qidalandıran yüksək gərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin "Memar Əcəmi"–"Dərnəgül" sahəsində qatarların hərəkəti müvəqqəti dayanıb.
Qeyd olunub ki, operativ tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə edilərək qatarların hərəkəti qısa müddətdə bərpa olunub.
Hazırda Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...