Metroda interval 6 dəqiqəni keçdi - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə vətəndaşlar Bakı metrosunda səhər pik saatlarında intervalların uzun olmasından şikayət ediblər. Paylaşımlarda bildirilir ki, bəzi stansiyalarda qatarlararası interval 6 dəqiqədən çox müşahidə olunur.![]()
Məsələ ilə bağlı Bakı Metropoliteni BAKU.WS-ə açıqlama verib.
Bildirilib ki, səhər saat 08:00–09:00 aralığında "Memar Əcəmi" stansiyasından geri qatar qaytarılır. Bu addım sərnişin axınının daha çox olduğu "20 Yanvar", "Memar Əcəmi" və "İnşaatçılar" stansiyalarında tənzimləməni operativ həyata keçirmək məqsədi daşıyır. Qurumun məlumatına görə, metro xəttlərində səhər pik saatlarında ən qısa interval 1 dəqiqə 45 saniyə olmaqla "28 May" – "Əhmədli" stansiyaları arasında təmin edilir. Lakin avtomatik olaraq xəttlər "28 May" stansiyasında ayrıldığı üçün "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində intervallar elan edilən sahədən iki dəfə artıq olur.
Açıqlamada həmçinin qeyd olunur ki, xəttlərin ayrılması prosesi tamamlandıqdan sonra hər xətt üzrə qatarların hərəkəti ayrıca təşkil edilir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Ən bahalı torpaqlar haradadır? - Regionlar üzrə qiymət fərqləri
"Regionlarda torpaq bazarında da qiymət artımı müşahidə olunur. Hazırda ən bahalı torpaq sahələri turizm və iqtisadi aktivliyin yüksək olduğu şəhərlərdə qeydə a...