Metro sərnişinlərinin nəzərinə: bu stansiyanın giriş-çıxışı bağlanır

"20 Yanvar” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün Sərəncama əsasən müvafiq qaydada dəyişdirilməlidir.
BAKU.WS-in məlumatına görə, bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.
Bütün bunları nəzərə alaraq "Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, "20 Yanvar” stansiyasının I vestibülü 01.07.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.
"Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Qeyd edək ki, I vestibül bağlı olsa da keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər, keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.
BAKU.WS


Oxşar xəbərlər
“İnşaatçılar" stansiyasının II vestibülü açılır
"İnşaatçılar" stansiyasının II vestibülü istifadəyə verilir. Bu barədə BAKU.WS-ə Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, iyun...