Məşhur "Relax" hotelində YOXLAMA: Deputatın qohumunun mərkəzi cərimələndi

Məşhur Relax hotelində YOXLAMA: Deputatın qohumunun mərkəzi cərimələndi
Sosial 108

Lerikdə yerləşən "Relax" istirahət mərkəzi bir daha maliyyə sanksiyasına məruz qalıb.

BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, "Relax Resort And Spa Hotel" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan operativ vergi nəzarəti zamanı bir sıra pozuntular aşkarlanıb.

Operativ vergi nəzarətinin nəticələrinə əsasən, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə dair tələblərin pozulması ilə bağlı tərtib edilən akt əsasında MMC-yə üç dəfə olmaqla, ümumilikdə 6 min manat maliyyə sanksiyası tətbiq olunub.

Bundan əlavə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə 1 000 manat məbləğində sanksiya müəyyən edilib.

Qeyd edək ki, "Relax Resort And Spa Hotel" MMC-nin qanuni təmsilçisi Famil Kamran oğlu İmanovdur. O, Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədovun yaxın qohumudur. Bildirilir ki, bir vaxtlar İqbal Məmmədova məxsus olan "Relax" hazırda icarə əsasında onun ailəsi tərəfindən idarə olunur.

Son xəbərlər