Azərbaycanda lisenziyası ləğv edilən həkimlərin bəzilərinin ADLARI
Yeniliklərdən dərhal xəbərdar olun
Sertifikasiya şəhadətnaməsi ləğv edilənlər arasında "Milan VİP" hospitalın həkimi Könül Ağamirova ilə "Azərtürkmed" klinikasının cərrahı Şövkət Əliyevanın da adı var.
BAKU.WS bununla bağlı "Qafqazinfo"ya istinadla xəbər verir.
Könül Ağamirova
![]()
Şövkət Əliyeva
![]()
****12:59
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib.
Qərara əsasən, Sevinc Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.
Əldə etdiyimiz məlumata görə, Sevinc Heydərova ilə bərabər 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib.
Lent.az Sevinc Heydərova ilə əlaqə saxlamağa çalışsa da telefona köməkçisi cavab verib.
O, saytımıza açıqlamasında hazırda işləmədiklərini və Sevinc Heydərovanın ölkə xaricində olduğunu, bir ay sonra Bakıya qayıdacağını qeyd edib.
Köməkçisi Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu bildirib.
"İnternational Medical Centre"dən də saytımıza bu barədə açıqlama verilməyib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...