Mərkəzi Neftçilər Xəstəxanasında yeni autoimmun laboratoriyası istifadəyə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Neftçilər Xəstəxanasında yeni autoimmun laboratoriyası istifadəyə verilib.
TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, yeni qurulan laboratoriya beynəlxalq tibbi və laboratoriya standartlarına cavab verən müasir texniki infrastrukturla tam təchiz olunub.
Analizlərin aparılması üçün yüksək dəqiqlikli avtomatlaşdırılmış avadanlıqlar olan "Euroimmun Analyzer I", "EuroBlotOne", "EuroPattern Microscope Live", "IF Sprinter", "Eurostar IV Plus microscope" cihazları quraşdırılaraq istismara verilib.
Laboratoriyanın dayanıqlı və effektiv fəaliyyətinin təmin edilməsi məqsədilə işçi heyətin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilib. Belə ki, laboratoriya əməkdaşları müasir diaqnostik metodlar, avtomatlaşdırılmış sistemlərin istismarı və analiz nəticələrinin düzgün interpretasiyası üzrə peşəkar təlimlərə cəlb olunub.
Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında qurulan yeni autoimmun laboratoriya müxtəlif autoimmun xəstəliklərin erkən mərhələdə aşkarlanması, diaqnostik proseslərin sürətləndirilməsi və nəticələrin yüksək dəqiqliklə əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu isə həm pasiyentlər üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, həm də həkimlərin klinik qərarvermə prosesində daha etibarlı laborator məlumatlarla təmin olunmasına imkan yaradır.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...