Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edilib

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edilib
Foto
Sosial 40

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəna Məlikova bu vəzifədən azad edilərək, qurumun sədrinin müşaviri postuna təyin olunub.

BAKU.WS xəbər verir ki, bu barədə AMB-nin rəsmi saytında məlumat yerləşdirilib.

R.Məlikova 1964-cü ildə Bakı şəhərində anadan olub.

O, 1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasını, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib.

Əmək fəaliyyətinə 1981-ci ildə başlayan Rəna Məlikova 1993-cü ilədək hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışıb.

1993-cü ildən Mərkəzi Bankda aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləyib.

2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

2024-2025-ci illərdə Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib.

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edilib

Son xəbərlər