Mərkəzi Bank "Azər-Türk Bank"ın vəzifəli şəxsini cərimə edib
16
noy
2024
10:31
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azər-Türk Bank" ASC-nin vəzifəli şəxsini 2 000 manat cərimə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində "Banklar haqqında" qanunun 35.4-cü maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "Azər-Türk Bank" vəzifəli şəxsi cərimələnib.
Oxşar xəbərlər
Evi yararsız vəziyyətə düşən ailəyə çadır qurdular
Kürdəmir rayonunun Sığırlı kənd sakini Rza Qardaşxan oğlu Ağamalıyevə məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqə...