"Mənzil 4 nəfərə satılıb, hamısı deyir ki..." - Şirkət vətəndaşın başına necə oyun açıb?
İllərlə mənzil almaq üçün yığdığı pulu tikinti şirkətinə ödəsə də, bu günə qədər nə ev sahibi ola bilib, nə də ödədiyi məbləğ geri qaytarılıb.
Baku TV-nin məlumatına görə, söhbət Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında tikilən "İnşaat Konstruksiyaları" MMC-yə məxsus binadan gedir.
Vətəndaş iddia edir ki, aldığı mənzil sonradan bir neçə nəfərə satılıb.
"55 kvadratmetrlik təmirsiz mənzili hər kvadratmetri 705 manatdan almışam. Müqavilədə isə ödəniş məbləğini 40 min manat göstəriblər. Bundan əlavə, 20 min manat Rəsul Əliyevin kartına köçürmüşəm. İndi onunla əlaqə saxlaya bilmirəm", - deyə şikayətçi Günay Yunisova bildirib.
İllərdir kirayədə yaşayan vətəndaş çarəsiz vəziyyətdə qaldığını deyir:
"İki yaşında oğlum var, kirayədə qalırıq. Evimi verməsinlər, istəmirəm. 60 min manatımı versinlər. Bu mənzil 4-5 nəfərə satılıb".
Oxşar xəbərlər
Bakıda beş küçədə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə aşağıdakı küçələrdə təmir işlərinə başlanılır. Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət...