Məmməd İsmayılın vəziyyəti necədir? – Qızı AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
"Atam "Liv Bona Dea Hospital"ın reanimasiya şöbəsindən palataya köçürülüb".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a şair, professor Məmməd İsmayılın qızı İntizar İsmayıl bildirib.
O qeyd edib ki, M.İsmayılın vəziyyəti stabildir.
Qeyd edək ki, Məmməd İsmayıl 1 noyabr 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. O uzun müddət Azərbaycan Dövlət Televiziyasında, "Cəfər Cabbarlı adına Azərbaycanfilm" studiyasında, "Yazıçı", "İşıq" nəşriyyatlarında çalışıb, 1988-90-cı illərdə "Gənclik-Molodost" jurnalının baş redaktoru olub. Türkiyənin Çanaqqala şəhərində yerləşən On Səkkiz Mart Universitetinin professorudur. Onun Azərbaycan və türk dillərində 50-yə yaxın kitabı çap olunub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...