Mələknaz Yusifova: Karyera Sərgisi istedadlı gənclərin "Global Media Group"a yönəlməsi üçün "yaşıl işıq"dır

Karyera Sərgisi istedadlı, potensiallı gənclərin "Global Media Group"a yönəlməsi üçün "yaşıl işıq"dır.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında "Global Media Group" MMC-nin İnsan resursları üzrə baş meneceri Mələknaz Yusifova Karyera Sərgisi 2025-də deyib.
Baş menecer bildirib ki, bu sərgi tələbə və məzunların əmək bazarına çıxışına, karyera imkanlarının artırılmasına, gənclərin, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradır:
"Savadına, bacarığına, peşəsinə və gördüyü işin keyfiyyətinə güvənən ixtisaslı kadrları biz daim diqqətdə saxlayırıq, əməkdaşlıq edirik. "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. Bizim şirkətin tərkibinə daxil olan - "Report" İnformasiya Agentliyi, Oxu.Az xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb".
O qeyd edib ki, sərgi həm də ingilis və rusdilli tələbələr üçün marketinq və kommunikasiya şöbələrində özlərinə uyğun pozisiyada çıxış edə bilmələri baxımından faydalıdır.
"Məqsədimiz "Global Media Group"un tərkibində olan media məktəblərinə potensiallı gəncləri yönəldə bilməkdir. Bu, gənclərin həyatında vacib fürsət ola bilər", - M.Yusifova deyib.

Oxşar xəbərlər
Ramiz Mehdiyevin villası milyonlarla dollara satışa çıxarıldı - Dəbdəbəli malikanədən GÖRÜNTÜLƏR
Bakının Tbilisi prospektində 8 milyon ABŞ dollarına dəbdəbəli villa satışa çıxarılıb. BAKU.WS "AzPolitika"ya istinadən xəbər verir ki, villa Prezident Administr...