Məktəblərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - 9,8 milyonluq LAYİHƏ
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə üzrə bir neçə təhsil müəssisəsində cari və əsaslı təmir işləri həyata keçirəcək.
BAKU.WS-in məlumatına görə, təmir işlərinin ümumi dəyəri 9 milyon 827 min manat təşkil edir.
Bu işlər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təlim mühitinin yaxşılaşdırılması və binaların təhlükəsizliyinin artırılması məqsədi daşıyır.
Layihə Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi infrastrukturun yenilənməsi və məktəblərin müasir standartlara uyğunlaşdırılması siyasətinin davamı kimi qiymətləndirilir.
Yeni təmir mərhələsi nəticəsində təhsil müəssisələrində daha təhlükəsiz, komfortlu və tədrisə uyğun şəraitin yaradılması hədəflənir.
Oxşar xəbərlər
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Yanvarın 1-dən...
"Bazarda həddən artıq hibrid avtomobillərin qiymətinin aşağı olması, onlara tələbatın çoxalmasına və digər bazar iştirakçılarının sıradan çıxmasına səbəb olurdu...