Məktəblərdə payız tətili olacaq? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil Nazirliyi bu il ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə aydınlıq gətirib.
BAKU.WS-in məlumatına görə, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur.
Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə beş günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, altı günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir.
Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunur. Belə ki, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə beş günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, altı günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.
Oxşar xəbərlər
Nazirlər Kabineti qərar verdi
Nazirlər Kabineti “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 75 nömrəli, “Orta ixtisas təhsil...