Məktəblərdə koronavirusun yayılmaması üçün dezinfeksiya işləri kömək edəcək? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə koronavirusun yayılmaması üçün dezinfeksiya işləri kömək edəcək? - RƏSMİ AÇIQLAMA
Sosial 76

Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov məktəblərdə koronavirusla bağlı yaranmış suallara münasibət bildirib.

BAKU.WS xəbər verir ki, Akif Məmmədov verdiyi müsahibədə məktəblərdə koronavirusun yayılması məsələsinə də aydınlıq gətirib.

- Dezinfeksiyaedici maddələrdən harada istifadə etməliyik?

- Dezinfeksiyaedici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə edilir.

Bu məqsədlə virus və bakteriyaların daha çox yayılmasına səbəb olan yerlər - əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya olunur.

- Dezinfeksiya zamanı istifadə olunan maddələr hansı xüsusiyyətə malik olmalıdır?

- Dezinfeksiyaedici maddələr mikroorqanizimləri, yəni xəstəlikləri virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalıdır, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır.

- Hazırda məktəblərdə dezinfeksiya işləri hansı üsulla və hansı vaxt aralığında aparılır?

- Təhsil müəssisələrində dezinfeksiya işləri adətən nəm üsul ilə aparılır. Bu üsulda məktəblərdə dezinfeksiya işləri apardıqdan 2 saat sonra nəm dəsmal ilə silinməlidir.

Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman da sinif otaqlarını partaları pəncərəaltlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur.

Profilaktika məqsədilə həftədə 1 dəfə ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa, istisna olaraq həmin ərazi ocaqlı dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı məktəblərdə növbələr arası cari dezinfeksiya işləri də aparılmalıdır.

- Bu maddələrin insan sağlamlığına hər hansı bir zərəri varmı?

- Bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində əlimiz dəysə, yaxud da hər hansı nahiyəmizə təmas etsə, ziyanı ola bilər. Əldə, dəridə qaşınma, qızartı, gözdə göynəmə hissi yarana bilər.

- Dezinfeksiyaedici maddələrdən istifadə zamanı nələrə diqqət etməliyik?

- Əsasən təhlükəsizlik qaydalarına diqqət etməliyik. Bunun üçün də ilk öncə bu işi görən işçilər xüsusi geyimlərdən (xüsusi əlcək, maska, eynəklərdən) istifadə etməlidir. Digər insanların təhlükəsizliyi üçün müvafiq əməkdaşlar təlimatlandırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər