Məktəblərdə işə qəbul üzrə müsabiqənin nəticələri açıqlandı

Məktəblərdə işə qəbul üzrə müsabiqənin nəticələri açıqlandı
Sosial 49

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki müəssisələrdə işə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb, 388 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb.

Bu barədə BAKU.WS-ə BŞTİ-dən xəbər verilib.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.

İki gün davam edən test imtahanında iştirak edən namizədlərdən 388 nəfəri uğur qazanaraq müsahibə mərhələsinə vəsiqə qazanıb.

Test imtahanı mərhələsində uğur qazanmış namizədlərə nəticələr barədə məlumat SMS vasitəsilə göndərilib.

Qeyd edək ki, imtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 2 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 1 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 1 bal olmaqla 10 sual) test tapşırığının cavablandırılması üçün 90 dəqiqə vaxt verilib.

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi ilə bağlı məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

Müsahibəni uğurla keçən namizədlər nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.

Son xəbərlər