Məktəblərdə idman zalları və bufetlərdən istifadə qadağan edilib

Məktəblərdə idman zalları və bufetlərdən istifadə qadağan edilib
Sosial 171

Tədris müəssisələrində idman və akt zallarına, kitabxanaya və hovuza dair tələblər müəyyənləşib.BAKU.WS-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda qeyd edilib.Qaydalara əsasən, təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır.

Həmçinin internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər