Məktəbin 30 şagirdi buraxılış imtahanında iştirak edə bilmədi, məsələyə nazirlik qarışdı

Məktəbin 30 şagirdi buraxılış imtahanında iştirak edə bilmədi, məsələyə nazirlik qarışdı
Sosial 123

Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni Təhsil Nazirliyinin qarşısına toplaşıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, valideynlər buraxılış imtahanında iştirak edə bilməyən övladlarının aqibəti ilə bağlı nazirliyin rəsmi nümayəndələri ilə görüşmək istəyib.

Nazirlikdən bildirilib ki, həmin məktəbdə təhsil alan 30-yaxın 11-ci sinfinin şagirdlərinin adı qeydiyyata salınsa da, təsdiq olunmayıb:

“Məsələ araşdırılaraq şagirdlərin valideynləri ilə danışıqlar aparıldı və işin müsbət həll olunacağı barədə qərar qəbul edildi”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər