Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlardan I sinfə birbaşa yerləşdirilənlərin sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün birinci siniflərə qəbul prosesinə start verildi.
BAKU.WS xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib. Nazirin sözlərinə görə, prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir.
"Belə ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib. Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz. https://baku.edu.gov.az/az/page/9/5548", - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...