Məktəbəhazırlıq qruplarına qeydiyyat bu tarixə qədər davam edəcək

Məktəbəhazırlıq qruplarına qeydiyyat bu tarixə qədər davam edəcək
Sosial 113

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr tarixinədək davam edəcək.

Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər