Məhkəmə şirkətə yazılan cəriməni ləğv etdi

Məhkəmə şirkətə yazılan cəriməni ləğv etdi
Sosial 101

“Euro Door” MMC-nin inzibati məsuliyyətə cəlb edilərək 2 688 ABŞ dolları cərimələnməsi barədə icraata xitam verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Nizami Rayon Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdi.

Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək işi baxılması üçün birinci instansiya məhkəməsinə qaytarmışdı.

Nizami Rayon Məhkəməsi işə yenidən baxaraq “Euro Door” MMC barədə inzibati icraata xitam verilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, ”Euro Door” şirkəti Avropanın avtomatika sektorunda tanınan “Boon Edam” (Hollandiya), “LİFE” (İtaliya), “GİLGEN” (İsveçrə) kimi markaların Azərbaycandakı rəsmi distributorudur.

Avtomatik açılıb-bağlanan, fırlanan qapı sistemləri, turniketlər və s. məhsulların satışı ilə yanaşı, quraşdırılmasını və servis xidmətini də həyata keçirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dövlət Gömrük Komitəsi açıqlama yayıb

Dövlət Gömrük Komitəsi açıqlama yayıb

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi (DGK) və onun səlahiyyətli şəxslərinin fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlu...

53 Sosial 09:34 02 aprel 2019

Son xəbərlər