Məhkəmə qərarlarının icrası məqsədilə nə qədər əmlak hərraca çıxarılıb?
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı məqsədilə ötən ilin dekabr ayında istifadəyə verilən "Elektron Hərrac Portalı" vasitəsilə indiyədək 202 əmlakın hərrac vasitəsilə realizəsi (satışı və ya ipoteka saxlayana təklif edilməsi) həyata keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Bildirilib ki, nəticədə məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı uğurlu nəticələr əldə olunub.
"Hazırda portalda elan mərhələsində 45, davam edən isə 32 hərrac var", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Dünyada Yeni il adət və inancları: kukla yandırmaq, üzüm yemək…
Yeni il bayramı dünyanın müxtəlif ölkələrində fərqli adət və inanclarla qeyd olunur. Rəsmi mənbələrin araşdırmasına görə, bu bayram həm keçmiş ili yekunlaşdırma...