Məhkəmə polkovnik Elnur Məmmədovla bağlı qərar verib

Məhkəmə polkovnik Elnur Məmmədovla bağlı qərar verib
Sosial 312

Müdafiə Nazirliyinin şikayəti üzrə həbs edilmiş ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsindəki hökmdən şikayətə baxılıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.Qərara əsasən, şikayət təmin olunmayıb. Polkovnik barəsindəki birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Elnur Məmmədov sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək bir sıra iddialar irəli sürmüşdü.

Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi.

Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər