MEDİA-nın Müşahidə Şurasının iclası keçirildi: Xüsusi medallar təqdim olundu
Dekabrın 17-də Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş iclası keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin icraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.
İclas zamanı agentliyin cari il ərzində həyata keçirdiyi fəaliyyətlər, prioritet istiqamətlər üzrə görülmüş işlər, beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr və təşkil edilən layihələrin ümumi media mühitinə təsirindən bəhs edilib. Eyni zamanda, növbəti dövr üçün əsas hədəflər, tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov tərəfindən Müşahidə Şurasının üzvlərinə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
Bakı-Şamaxı-Yevlax yolunun sürücüləri çaşqın haldadır - AYNA-dan AÇIQLAMA
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 111-ci kilometrliyində eyni xəbərdaredici nişanlardan iki ədəd ardıcıl yerləşdirilib ki, bu da bəzi sürücülərdə çaşqınlıq y...