MEDİA İsrail-İran gərginliyi ilə bağlı jurnalistlərə MÜRACİƏT ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.
BAKU.WS xəbər verir ki, bu barəd Medianın İnkişafı Agentliyi( MEDİA) məlumat yayıb.
Qeyd edilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip "xəbərlər" saxtadır və qətiyyən reallığı əks etdirmir:
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...