"Maştağaya gələndə özlərini yığışdırırlar" - Ağsaqqal hansı müğənniləri yıxıb sürüdü?
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə Maştağa sakini Kamil Rzayev köhnə toylardan və artıq yaşadılmayan adətlərdən danışıb.
O qeyd edib ki, əvvəllər Maştağaya toya gələn müğənnilər davranışlarına xüsusi diqqət yetirərdilər:
"İndiki toylarda çox otura bilmirəm. Çünki müğənnilərin fonoqramla oxuduğunu bilirəm. Mikrofonun səsini artırırlar ki, yaxşı oxuya bilmədikləri bəlli olmasın".
Maştağalı ağsaqqalın sözlərinə görə, əvvəlki toylarda elə kişilər olub ki, toyda yalnız bir dəfə oynayıblar.
"Onları oynamağa dəvət edənlər özlərindən yüksək adamlar olsaydı, durub rəqs edərdilər. Elə adam var idi ki, oynayanda bir toyun xərci qədər şabaş yığılırdı", - deyə K.Rzayev sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...