Maştağada toy keçirən şəxslər cərimələniblər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək toy məclisi təşkil edilməsinin qarşısını alıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, Maştağa qəsəbəsində vətəndaş R.Qasımovanın xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə toy keçirməsi barədə polisə məlumat daxil olub.
Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı və ümumilikə 70 nəfər iştirakçının karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslərdən 30-u yetkinlik yaşına çatmadığı üçün onlara xəbərdarlıq edilərək valideynlərinə təhvil verilib.
Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də 40 nəfər iştirakçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.
Oxşar xəbərlər
Restoranda qonaqları kabinetlərə yığıb toy etdilər - Polis hamını cərimələdi - ANBAAN VİDEO
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminə əməl etməyərək toy məclisi təşkil edilməsinin qarşısını alıb....