Masallıda sürücülük hüququ olmayan gəncin idarə etdiyi avtomobil qəza törətdi: ölən var

Masallıda sürücülük hüququ olmayan gəncin idarə etdiyi avtomobil qəza törətdi: ölən var
Video
Sosial 41

Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

BAKU.WS xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində rayonun Mahmudavar kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, sürücülük hüququ olmayan Orxan Zamanov həmkəndlisi Kənan Rufullayevə məxsus "Mercedes" markalı avtomobilin sükanı arxasına keçib. Hərəkətdə olarkən o, idarəetməni itirərək avtomobili daş hasara çırpıb.

Qəza nəticəsində 21 yaşlı Orxan Zamanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Avtomobili idarə etməyi ona həvalə edən Kənan Rufullayev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə olunması, eləcə də avtomobilin belə şəxslərə etibar edilməsi yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır və çox vaxt ağır, geri dönməz nəticələrə səbəb olur.

Qurum sürücülərə və avtomobil sahiblərinə müraciət edərək bu kimi məsuliyyətsiz davranışlardan çəkinməyə, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atmamağa çağırıb.

Son xəbərlər