Masallıda bağlanan məktəblə bağlı AÇIQLAMA

Masallıda bağlanan məktəblə bağlı AÇIQLAMA
Sosial 159

Masallı rayonunda sakinlər bağlanan təhsil müəssisəsi ilə bağlı narazılıq bildirilər.

BAKU.WS xəbər verir ki, bununla bağlı “oxu.az”a rayonun Kürdəbazlı kənd sakinləri müraciət ediblər.

Sakinlər deyir ki, artıq bir müddətdir ki, Kürdəbazlı kənd orta məktəbi bağlanıb:

“Artıq 5 ilə yaxındır ki, kənd məktəbi bağlıdır, yerində yeni məktəb binasının tikilib-tikilməməsi ilə bağlı heç bir məlumat verilmir.

Məktəbdə 150 nəfər şagird təhsil alırdı. Şagirdlər təxminən 3 km aralıda yerləşən qonşu kəndə köçürülüb lakin, məktəbin aqibəti barədə heç nə deyilmir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məktəbin müəllim və texniki işçiləri rayonun digər məktəblərində işlə təmin olunublar:

“Belə ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Stradegiyası”na uyğun olaraq təhsil müəssisələrinin rasionallaşdırılması çərçivəsində Təhsil Nazirliyinin 01.05.2017-ci il tarixli 209 nömrəli əmrinə əsasən 2017/2018-ci tədris ilinin əvvəlindən Kürdəbaz kənd R.Bəyişov adına ümumi orta məktəbinin fəaliyyəti dayandırılıb.

Məktəbin şagird kontingenti 1,5 km məsafədə yerləşən Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbinə və digər məktəblərə köçürülüb.

Şagirdlərin yaxınlıqdakı məktəblərə aparılıb gətirilməsi üçün Təhsil Nazirliyinin vəsaiti hesabına nəqliyyat ayrılıb”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO

2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktə...

262 Sosial 11:42 15 sentyabr 2020

Son xəbərlər