Marşrut avtobuslarının şənbə-bazar fəaliyyəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi barədə qərarına uyğun olaraq müntəzəm marşrut xətləri üzrə avtobuslar şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək.
BAKU.WS Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verilib.
"Tapşırılıb ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər. Eyni zamanda sürücü və işçi heyətinin təlimatlandırılması, texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər", - deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
İlham Əliyev BNA rəhbərini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. BAKU.WS xəbər verir ki, son illər şəhər nəqliyy...