Maşın bazarında son vəziyyət - qiymətlər sürətlə bahalaşır (VİDEO)
Azərbaycanda son bir il ərzində baş verən 2 devalvasiya nəticəsində dolların manat qarşısında bahalaşması maşın bazarına təsir edib.
BAKU.WS-in məlumatına görə, ATV avtomobil bazarındakı son vəziyyəti araşdırıb. Satıcıların sözlərinə görə, xarici ölkələrdən gətirilən avtomobili bazarda normal qiymətə satmaq mümkün deyil. Belə ki, dolların manat qarşısında dəyər qazanması xarici ölkədən gətirilən avtomobillərin bahalaşmasına gətirib çıxarıb.
Ekspertlər isə bildirir ki, Avro standartların tətbiqi ili köhnə avtomobilllərin ölkəyə girişinə imkan vermir. Nəticə etibarı ilə Azərbaycana yalnız ili yeni olan bahalı avtomobillər idxal etmək mümkün olur. Bu isə daxili bazarda ucuz maşın tələbatını ödəmir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bazarda “Toyota Rav4” 37 min, “Hyundai Santa Fe” 27 min dollara satılır (QİYMƏTLƏR)
Bakıda həm yeni, həm də ikinci əl avtomobil bazarında qiymətlər artmağa başlayıb. Avtomobil satıcıları fins.az-a bildiriblər ki,yay mövsümü ilə əlaqədar istir...