Magistraturaya sənəd verən bakalavrların sayı açıqlanıb

Magistraturaya sənəd verən bakalavrların sayı açıqlanıb
Sosial 103

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.

BAKU.WS-in Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, bu gün saat 15:15-ə qədər 8337 bakalavrın sənədi təsdiq edilib, onlardan 7583-ü Azərbaycan, 754-ü isə rus bölməsindəndir.

Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib. İmtahanda iştirak etmək istəyən bakalavrlar fevralın 18-i saat 23:59-dək sənəd verə bilərlər.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Magistraturaya ixtisaslaşma və proqram seçimi başladı

Magistraturaya ixtisaslaşma və proqram seçimi başladı

2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ixtisas seçiminə başlanılıb. P...

509 Sosial 17:02 08 iyun 2020

Son xəbərlər