Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq? - DİM

Ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün ixtisaslaşma seçimi iyulun 16-da başa çatıb.
BAKU.WS Modern.az-a istindən xəbər verir ki, ixtisaslaşma seçiminə magistraturaya 16 fevral və 11 may 2025-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar.
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə 26241 nəfər bakalavr imtahanlarda iştirak edib.
2025/2026-cı tədris ili üçün magistratura səviyyəsi üzrə 16794 plan yeri ayrılıb və onlardan 7014-ü dövlət sifarişi, 9780-i isə ödənişli əsaslarladır.
Statistikaya görə, bu il 15526 bakalavr (14136 nəfər Azərbaycan, 1390 rus bölməsi üzrə) ixtisas seçimində iştirak edərək seçimlərini təsdiq edib.
Bəs magistraturaya qəbulun nəticələri nə vaxt açıqlanacaq?
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhil müəssisələrinin magistratura səviyyəsinə qəbulun nəticələrinin növbəti həftə elan olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda "Sea Breeze" istirahət mərkəzinə aparan marşrut fəaliyyətə başlayır
Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq sabahdan "Koroğlu" Nəqliyyat Mübadilə Mərk...