Magistraturaya qəbul imtahanının I cəhdinin keçiriləcəyi tarix açıqlandı
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 15 fevral 2026-cı il tarixində keçiriləcək.
Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Bakalavrlar "İmtahana buraxılış vərəqəsi" və "Yaddaş kitabçası"nı çap etmək üçün bu linkə daxil olmalıdırlar.
Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
Oxşar xəbərlər
Dərmandan mütəmadi istifadə edənlərə qiymətlərlə bağlı VACİB AÇIQLAMA
"Azərbaycanda dərman qiymətlərinin yüksək olmasının əsas səbəbləri idxaldan asılılıq, məhdud bazar və logistika xərcləridir". Bu sözləri BAKU.WS-ə açıqlamasınd...