Magistratura və rezidenturaya qəbul imtahanının tarixi açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının iki dəfə keçirilməsi nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, fevralın 9-da magistraturaya sənəd qəbulu başlayacaq.
“Biz insanlara 2 dəfə şans verməyi nəzərdə tutmuşuq. Ancaq epidemioloji vəziyyət dəyişsə, imtahanların vaxtında da dəyişikliklər ola bilər.
Bir daha imtahan iştirakçılarının, ictimaiyyətin nəzərinə çatdırıram ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər.
Buna əvvəlcədən hazır olmaq lazımdır. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər”.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...