Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb
Sosial 642

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

BAKU.WS-in məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla ali təhsilin magistratura səviyyəsində "Təbiət ixtisasları qrupu” bölməsinə yeni Dövlət informasiya sistemlərinin təhlükəsizliyi və Rəqəmsal hökumət, "Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, "Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə Dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları əlavə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər