Lionel Messi və digər ulduz futbolçular Bakıya gəliblər
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşları Bakıya gəliblər.
Oxu.Az xəbər verir ki, onu Bakı hava limanında azərbaycanlı iş adamı Adnan Əhmədzadə qarşılayıb.
Məlumat üçün bildirək ki, bu gün Bakı Kristal Zalında keçiriləcək tədbir üçün Azərbaycana gələnlər sırasında dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi ilə yanaşı dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da var.
Tədbirdə xüsusi musiqi atmosferi olacaq.
Dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Futbolçularla görüşün biletlərini iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədlərinə sərf ediləcək.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...