İlin sonunadək bütün avtobuslar kart sisteminə keçəcək
22
yan
2019
20:49
2019-cu ilin sonunadək bütün avtobusların "BakıKart" sisteminə inteqrasiyası yekunlaşacaq.Bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.V.Kərimli qeyd edib ki, bununla bağlı müvafiq tapşırıqlar verilib:"Həmçinin ilin sonuna kimi "Bakıkart" ödəmə kartının balansının onlayn artırılması mümkün olacaq, bir sərnişinin gün ərzində "Bakıkart"dan nə qədər istifadə etdiyi bilinəcək.Bundan başqa, avtobus sürücülərinin özləri də kartla təmin ediləcək. Bu çox çətin prosesdir. Hazırda bununla bağlı bir şirkətlə danışıqlar aparılır. Razılıq əldə ediləndən sonra bu sistemin tətbiqinə başlanacaq və ilin sonuna qədər yekunlaşacaq".BAKU.WS
Oxşar xəbərlər
Bakıda marşrut daşıyıcılarının sayı azaldılıb
Bakıda marşrut daşıyıcılarının sayı azaldılıb.Bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında de...