Əlilliyə görə pensiyaların təyinatı ilə bağlı XOŞ XƏBƏR

20
apr
2019
12:17
Əlilliyə görə pensiya təyinatlarının elektron sistem üzərindən həyata keçirilməsinə başlanıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) BAKU.WS-ə verilən məlumata görə, bu proses cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin texniki imkanları artırılmaqla davam etdirilir.Yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da artıq heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunur.Əlillik təyin olunmuş şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir.Beləliklə, əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması, süründürməçilik, neqativ halların baş vermə ehtimalı tam aradan qalxıb, bu istiqamətdə də şəffaf və çevik pensiya təyinatı mexanizmi qurulub.
Oxşar xəbərlər
8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb
Bu günədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata...
