Leysan yağıb, şimşək çaxıb, Gəncədə güclü külək əsib - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 3-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.
Xidmətdən verilən məlumata görə, düşən yağışın miqdarı Qaxda 40 mm, Oğuzda 32 mm (aylıq normanın 43%-i), Qəbələdə 17 mm, Şəkidə 16 mm, Qubada 14 mm, Qusarda 13 mm, Xaltan, Qrız, Şahdağ, Zaqatala, Tərtər, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Tovuz, Balakən, Qobustanda 6 mm-dək, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub.
Qeyd olunub ki, şimal-şərq küləyi Gəncədə 24 m/s-dək güclənib.
Havanın maksimal temperaturu sentyabrın 02-də Bakıda iqlim normasından 2.7° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 29-31° isti, Naxçıvan MR-da 34-38° isti, Aran rayonlarında 32-37°, dağlıq rayonlarda 25°-dək isti olub.
Oxşar xəbərlər
Şimşək çaxıb, yağış və qar yağıb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 15-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qe...