Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Avqustun 24-ü saat 10:00 olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Zaqatalada 18 mm, Sarıbaşda (Qax) 16 mm, Balakəndə 15 mm, Xınalıq, Xaçmaz, İsmayıllı, Yevlax, Mingəçevir, Sabirabad, Şəki, Xaltan, Qusarda 2 mm-dək olub.
Öncədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Culfada 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-də 40, aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Şimşək çaxır, bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
İyulun 2-si saat 16:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 2-si saat 16:00-a olan məluma...