Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu

Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
Sosial 3

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərinin hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Samur-Yalama milli parkında havanın əsasən yağ...

584 Sosial 15:09 05 may 2023

Son xəbərlər