Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən müsabiqənin qalibləri məlum olub
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR təqaüdü” müsabiqəsinin qalibləri məlum olub.
BAKU.WS xəbər verir ki, bu il ilk dəfə olaraq Rusiya Azərbaycanlı Gənclər Birliyi Rusiya Federasiyasında ali təhsil alan əlaçı tələbələrin məbləğindən asılı olmayaraq təhsil haqlarının ödənilməsi üçün nadir fürsət təqdim edib.
RAGB-nin saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrində elan edilmiş müsabiqədə qeydiyyatdan keçmiş və təqdim olunmuş müraciətlər müsabiqənin tələblərinə uyğun olaraq yoxlanılıb və qaliblər müəyyən edilib. Müsabiqədə Rusiya Federasiyasının ali məktəblərinin bakalavr və ya magistr bölmələrində əyani təhsil alan əlaçı azərbaycanlı tələbələr iştirak ediblər.
Xatırladaq ki, RAGB Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Rusiyada azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərinin dəstəklənməsi məqsədilə yaradılıb. “AMOR təqaüdü” layihəsi təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək göstərmək və gənclərin təhsilə olan marağını artırmaq məqsədilə həyata keçirilir.
Qeyd edək ki, RAGB təqaüd layihəsini bu ildən etibarən hər il keçirəcək. Bununla əlaqədar təşkilat gəncləri AMOR-un “amor.az” rəsmi saytını və sosial şəbəkələrdə fəaliyyətini izləməyə və gələcək müsabiqələr haqqında məlumatlı olmağa dəvət edir.
Oxşar xəbərlər
Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il aksiyası keçirilib - FOTO
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün "AMORKIDS" Yeni il aksiyası keçirilib. Moskvanın Qorki...